Bakıda dəhşətli qətlin TƏFƏRRÜATI: Sevgilisinin əl-ayağını bağlayıb, qızını zorladı - YENİLƏNİB

Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub. 

Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib. 

O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb.

Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb. 

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

09:28

Fevralın 2-də saat 1 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları ilə bağlı polisə məlumat daxil olub.  

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb. 

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

Araşdırma aparılır.

İlhamə Əbülfət

0.43833994865417