Bakıda kişi keçmiş arvadını bıçaqladı

Fevralın 2-də saat 9 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində olan mənzillərin birində 1975-ci il təvəllüdlü qadına kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirilməsi barədə polisə məlumat daxil olub.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs – qadının keçmiş həyat yoldaşı 1972-ci il təvəllüdlü Rövşən Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

0.44536805152893