Şəmkirdə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Xeber-ps.com-ın məlumatına görə, rayonun Sabirkəndində Qənirə Şərifova öldürülüb.

Hadisəni 1992-ci təvəllüdlü Şaiq Şərəfli törətməkdə şübhəli bilinib. O, mərhumun qardaşıdır.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.34426879882812