Bəli, dövlət başçısı demişkən – danışıqlara yer qalmayıb

"Hesab edirəm ki, Azərbaycan müharibə şəraitində olduğuna görə belə təlimlər qısa müddətli ildə iki dəfə keçirmək olar."

Xəbər-PS xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarını cavabladıraraq bildirib. Xəbər-PS həmin açıqlamanı təqdim edir.

-Fuad müəllim, prezident İlham Əliyev Qarabağ məsələsində hərbi-siyasi reallıqların yarandığını vurğuladı və ölkə ictimaiyyətinə, beynəlxalq aləmə, o cümlədən, Ermənistana yeni mesajlar verdi. Verilən mesajları necə qiymətləndirərsiz?

- Bu il iyul ayında sərhəddə, Ermənistan tərəfindən törədilən təxribata verilən cavab onlar üçün gözlənilməz idi. Bundan sonra Ermənistanın baş naziri, müdafiə naziri qondarma “DQR”-ə səfər etdilər. Baş nazirin həyat yoldaşı 18-27 yaşlı qadınların hərbi təlimlərdə iştrak edəcəklərini bəyan edir. Müdafiə naziri Gəncəni vurulmaqla hədələyir. Bütün bunlar, bu savaş ritorikası cavabsız qalmamalı idi. Və dövlət başçısı onların cavabını verdi. Ən əsası beynəlxalq ictimayyətə də bildirdi ki, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləmiyəcək. Hesab edirəm ki, bu çox vacib ismarlcdır. Ermənistana deyilən fikirlər, dolayısı ilə başda BMT olmaqla digər beynəlxalq təşkilatlara da aiddir. Bu təşkilatlar, özlərinin verdikləri qərarlara hörmətsizlik edirlər, beynəlxalq hüququ yerə vururlar. Azərbaycanı “sülh danışıqlar” çərçivəsinə salıb, məsələnin həllini uzadıblar. 27 ildən çoxdur ki, haqlı olduğumuzu, beynəlxalq hüquqa əsaslanıb işğalda olan torpaqlarımızı azad edə bilmirik. Bəli, dövlət başçısı demişkən – danışıqlara yer qalmayıb. Azərbaycan anti-terror əməliyyata başlamalıdır.

- Bu çıxışdan sonra ehtiyatda olan hərbi vəzifəlilər qanunvericiliyə uyğun olaraq təlim toplantılarına çağırıldılar. Bəzi vətəndaşlar bunu səfərbərlik kimi başa düşərək panikaya düşdü....

- Birincisi, niyə panikaya düşürlər? Vətənimizi bəyəm təkcə əsgərlərimiz qorumalıdır? Xeyir, bu bizim hamımızın borcudur. Düzdür, Azərbaycan Ordusu güclüdür və istənilən zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma müharibə olacağı zaman hər birimiz bu prosesdə iştirak etməliyik. Bu, hər bir azərbaycanlı vətəndaşın üzərinə düşən məsuliyyətdir. İkincisi, bu ehtiyatda olan əsgər və zabitlərin təlim toplantılarına çağırışdır. Mənim yadımdadır ki, Sovet dönəmində, belə çağırışlar hər il olub. “Sbori” deyirdilər. Olurdu bir ay, və yaxud iki və üç aylıq təlimlər. Bu normaldır. Hesab edirəm ki, Azərbaycan müharibə şəraitində olduğuna görə belə təlimlər qısa müddətli ildə iki dəfə keçirmək olar.

 

0.29018902778625