Nizami Verdiyev: Bunlar bir mərkəzdən idarə olunurlar

AXCP-nin sədr müavini Seymur Həzi terror təşkilatı PKK ilə birbaşa əlaqəli şəxs olan HDP sədri Səlahəddin Dəmirtaşı “siyasi məhbus” və “Türkiyə üçün kilid siyasətçi” adlandırıb. Öz çıxışında hazırda həbsdə olan Səlahəddin Dəmirtaşı az qala mədh edən S.Həzi daha da irəli gedərək onun fəaliyyətini “bu coğrafiya üçün cəsur nümunə” hesab etdiyini bildirib (“Yeni Sabah”).

Əli Kərimlinin müavininin bu təxribatçı çıxışı niyə məhz indi etməsi sual yaradır.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a bildirdi ki, terror təşkilatının başında duran şəxsləri tərifləməkdən çəkinməyən insanlar onlar kimi düşünənlərdi:

“Pul müqabilində öz lideri Əbülfəz Əliyevi (Elçibəyi) satan, “Soros” və digər fondlardan qrant alıb öz şəxsi rifahını yaxşılaşdıran Əli Kərimli və onun tör-töküntilərdən başqa nə gözləmək olardı. On minlərlə qardaş türkləri öldürməyə əmr verən Ocalana heykəl qoyulmasını istəmək, ermənilərin azərbayacanlılar yaşayan kəndləri yandıran, əhalisini qətlə yetirən terrorçu Qarigen Njdeyə heykəl qoyulmasına öz etirazını bildirməmək, bu ən azından, Azərbaycan və qardaş Türk xalqına satqınlıqdır. Əli Kərimlinin də susması onu göstərir ki, o da, Seymur Həzi kimi düşünür. Bunların belə çıxışları, vaxtı gələndə, xaricə qaçıb siyasi sığınacaq almaq üçün hesablanıb”.

 

“Bu günlərdə Gültəkin Hacıbəyli Nikol Paşinyan haqqında yüksək fikirlər söyləyib. Sevinc Osmanqızı da “kaş ki Paşinyan bizim prezident olardı” fikirlər səsləndirib. Azərbaycanın suyunu, çörəyini yeyərək düşməni tərifləyirlər. Siz Paşinyanı belə istəyirsiz, onda çıxın gedin Ermənistanda yaşayın”- Nizami Verdiyev qeyd etdi.

Onun sözlərinə görə bunlar bir mərkəzdən idarə olunurlar:

“Əli Kərimli və onun kimilər Qərbdən təlimatlar alırlar. Əli Kərimliyə desələr ki, “səni hakimiyyətə galmək üçün hərtərəfli dəstək verəcəyik, amma sonra Azərbaycan ərazilərin bir hissəsini Ermənistana verəcəksən” – buna razılıq verəcək. Bunların mahiyyəti budur”.

0.44272303581238