Ferqyuson Həbibdən yarım milyon dollar tələb etdi

 

Amerikalı MMA döyüşçüsü Toni Ferqyuson rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədov və menecerinin ona yarım milyon dollar borcu olduğunu iddia edib. O, buna səbəb kimi bir neçə döyüşünün baş tutmamasını göstərib.

“Sən hələ də mənimsən, Həbib! Əbdül-Əzizlə (menecer) mənə yarım milyon dollar borclusunuz. Mənə etdiyin yanlışlıqlara görə bu pulu sənin başından qırxacağam. Mən insanları öldürməyi xoşlamıram, amma sizin üçün bir istisna edəcəm”, amerikalı “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Nurməhəmmədovla Ferqyusonun döyüşü 5 dəfə təyin edilib. Ancaq bunların heç biri baş tutmayıb. 2020-ci ildə rusiyalı 29 döyüşdən 29-da qalib gələrək idman karyerasını başa vurub.

Mənbə: RenTV

0.4864330291748