Braziliyalı futbolçu illərlə arvadını döyübmüş

 

“Selta” və “Kayserispor” kimi klublarda çıxış etmiş braziliyalı futbolçu Vellitonun keçmiş həyat yoldaşı Rafaela Karvalyo onu məişət zorakılığında ittiham edib.

Qadının sözlərinə görə, idmançı onu dəfələrlə döyüb və illərdir ki, təhdid və təqib etməkdə davam edir.

“Belə illər çox olub, altı il. Biz Braziliyadan kənarda yaşadığımız zaman mənə qarşı çoxlu hücumlar olurdu. Birləşmiş Ərəb Əmirliklərində yaşayırdıq və bir müddət kağız üzərində rəsmi nikahımız yox idi. Hücumlardan sonra o, hətta pasportumu, mobil telefonumu və pulumu gizlədib. Sonda məni qəbul edən dostlarımın yanına qaça bildim. Bu haqda çox az adam bilirdi”, – Karvalyo bildirib.

Rafaela qeyd edib ki, 36 yaşlı futbolçu ilə boşanmaq üçün bir ildən artıqdır ki, məhkəməyə müraciət edib. O, təqib və təhdidlərin indi də davam etdiyini deyib. Vellitonun vəkili bildirib ki, braziliyalı bütün məhkəmə çağırışlarına cavab verməyə hazırdır.

Mənbə: sportbox.ru

0.45749998092651