Azərbaycanda müştəri riskləri qiymətləndiriləcək

Azərbaycanda cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə müştəri profili məlumatlarının toplanması və müştəri profili risklərinin qiymətləndirilməsi həyata keçiriləcək.

Xeber-ps.com xəbər verir ki, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Qeyd olunub ki, bu fəaliyyət Azərbaycan Mərkəzi Bankı (AMB), Vəkillər Kollegiyası, aidiyyəti sahəvi qeyri-kommersiya qurumları - Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası cəlb edilməklə həyata keçiriəcək.

Bu qurumlara müştəri profillərinin tam olaraq komplektləşdirilməsi və müştəri profili riskinin müəyyən edilməsi, müştəri profillərinin formalaşması zamanı risk əsaslı yanaşmaya keçid, öhdəlik daşıyan şəxslər tərəfindən risk əsaslı yanaşmanın tətbiqi və institusional risk qiymətləndirilməsi üçün əsasların formalaşdırılması tapşırılıb.

0.34646010398865