Avropa Komissiyasının rəhbəri: “Aİ Rusiyadan qaz və neft asılılığından qurtuldu”

“Avropa İttifaqı Rusiyadan qaz və neft tədarükündən asılılığından qurtulub”.

Bu sözləri bazar günü Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

“Avropanın Rusiya neft və qaz tədarükündən asılılığı artıq keçmişdə qalıb. Rusiya səkkiz ayda Avropaya qaz ixracını 80% azaldıb. Biz birlikdə böyük zəhmət hesabına bunu kompensasiya edə bildik. Təbii ki, ABŞ və Norveç kimi yaxşı dostlar bizə kömək etdilər, onlar mayeləşdirilmiş və borularla təchizatda bizə dəstək oldular”, - fon der Lyayen bildirib.

AK rəhbərinin sözlərinə görə, Moskva ittifaq ölkələrinə enerji tədarükünü azaltmaqla Aİ-nin birliyini pozmağa çalışıb.

Mənbə: TASS

0.36112999916077