Ağcabədidə 31 yaşlı şəxs itkin düşüb

Ağcabədidə 31 yaşlı şəxs itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə martın 26-da rayonun Sarıcalı kəndində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Ağayev Ruslan Muxtar oğlu həmin kənddə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

0.41981101036072