İntizamsızlığın ən yüksək olduğu çempionatlar: Azərbaycan Premyer Liqasının yeri bəlli oldu

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) liqalar üzrə intizam cədvəlini təqdim edib.

76 çempionat arasında Azərbaycan Premyer Liqası da yer alıb. Hər oyununda orta hesabla 4,81 sarı və 0,27 qırmızı vərəqə göstərilən ölkə birinciliyi intizamsızların sıralamasında 26-cıdır.

Ən pis göstərici Boliviya çempionatındadır. Orada hər matçda orta hesabla 6,46 sarı və 0,55 qırmızı vərəqə göstərilir. Ən yaxşı göstəriciyə isə Yaponiya II Liqası malikdir. Bu çempionatda oyun başına 1,94 sarı və 0,05 qırmızı vərəqə düşür.

Mənbə: football-observatory.com

0.36473989486694