Nazir Ermənistanla münasibətlərin normallaşma şərtlərini açıqladı

“Üçtərəfli Bəyanat müharibəyə son qoyduqdan sonra Azərbaycan sülh gündəliyini təşviq edir, ancaq Ermənistan aqressiv ritorikası ilə təhdid edir”.

APA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

“Azərbaycan olaraq biz inanırıq ki, normallaşmaya alternativ yoxdur və bu, qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanmalıdır. Azərbaycan azad olunan ərazilərdə yenidənqurma başladıb, “ağıllı” şəhərlər tikir, dağıdılmış şəhərlər yenidən qurulur. Biz İsrail şirkətlərinin bu prosesdə marağını yüksək qiymətləndiririk”, - Ceyhun Bayramov deyib.

0.32610511779785