Dağıstanda atasını qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Dağıstanda qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

“Molodyoj Dagestana”nın məlumatına görə, Xasavyurt şəhərində saxlanılan həmvətənimizin atasını öldürdüyü deyilir. 

Bildirilir ki, sentyabrın 25-də ata ilə oğul arasında münaqişə baş verib. Nəticədə 29 yaşlı oğul kirayə yaşadıqları evdə 59 yaşlı atasını döyüb və boğaraq qətlə yetirib.

Şübhəli haqqında Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb.

0.43921613693237