Polisə marixuana satan narkobaron həbsdə öldü

Bakıda həbsxanada məhkum ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Orada saxlanılan Mütəllim Məmmədqulu oğlu Abdullayev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, Mütəllim Məmmədqulu oğlu Abdullayev 2020-ci ildə həbs edilib.

Narkobaronluqla məşğul olan M.Abdullayev şərti alıcı qismində polis əməkdaşına marixuana satarkən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

0.28264307975769