Rusiya XİN rəhbərinin müavini Azərbaycan səfiri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin cümə axşamı Azərbaycan səfiri Polad Bülbüloğlu və Ermənistanın səfiri Vaqarşak Arutyunyanla görüşlərində Qarabağ ətrafında, o cümlədən Laçın - Xankəndi yolundakı vəziyyəti müzakirə edib.

Bu barədə görüşlərin yekunu üzrə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda bildirilib.

Həmçinin, Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən 2020-2022-ci illərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair sazişlərin bütün kompleksinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.

0.32435297966003