İrəvanda medal qazanmış türkiyəli atletlər “Yaşa, Azərbaycan!” sədaları altında rəqs etdilər - VİDEO

Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun Bakıda səfərdədirlər.

Xeber-ps.com xəbər verir ki, ötən axşam onlar üçün əyləncə tədbiri təşkil olunub. İdmançılar məşhur Azərbaycan və Türkiyə musiqilərinin sədaları altında rəqs ediblər.

Qeyd edək ki, qardaş ölkə təmsilçiləri Bakıya Prezident İlham Əliyevin dəvəti ilə gəliblər. İdmançılar İrəvandakı yarışda qazandıqları medalları Azərbaycana həsr ediblər.

Faiq Tahirov

0.40894293785095