Hərbçi və polislərimiz sülhməramlıların avtomobillərinin maneəsiz keçidinə şərait yaradıblar - YENİLƏNİB+FOTO

Laçın-Xankəndi yoluna nəzarəti davam etdirən Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər Rusiya sülhməramlılarına məxsus avtomobillərin maneəsiz şəkildə hərəkət etməsinə şərait yaradıblar.

“Report”un xəbərinə görə, nəqliyyat vasitəsinin maneəsiz hərəkəti təmin olunub.

Belə ki, sülhməramlılara məxsus 1 minik avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət edib.

18:23

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər Laçın-Xankəndi yoluna nəzarəti davam etdirir.

“Report” xəbər verir ki, hazırda Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər ərazidə xidmətdədirlər.

0.39062404632568