Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tarixi bilindi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin sonunda ABŞ-yə gedəcək və orada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar aparacaq.

Ermənistan mediası bu barədə ölkə XİN-ə istinadən məlumat yayıb.

Vaşinqtona işgüzar səfər aprelin 30-na nəzərdə tutulub.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair sazişin müzakirəsinin növbəti raundu planlaşdırılır”, - deyə Ermənistan XİN mətbuat katibi Ani Badalyan bildirib.

0.38294887542725