ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar davam edir

“ABŞ-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar davam edir”.

Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

“Bu gün artıq görüşlər başlayıb. Danışıqlar sabah da davam edəcək. Danışıqların dəqiq nə zaman bitəcəyi məlum deyil”, - o deyib.

A.Hacızadənin daha əvvəl də dediyi kimi danışıqların əsas mövzusu sülh sazişidir.

Qeyd edək ki, mayın 1-də ABŞ-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib. Mayın 2-də danışıqlar ikitərəfli formatda davam etdirilib.

0.8305938243866