Nəvab: “Heydər Əliyev çoxşaxəli xarici siyasəti ilə regionun inkişafına mühüm töhfə verib”

“Azərbaycanın ümummilli lideri Heydər Əliyev çoxşaxəli xarici siyasəti ilə regionun inkişafına mühüm töhfə verib”.

Bunu “Report”a açıqlamasında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan, “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən, Yaxın Şərq, Mərkəzi Asiya, Azərbaycan və Afrika üzrə ekspert Kayser Nəvab tədbirlə bağlı təəssüratlarını bölüşərkən bildirib.

Ekspert gələcəkdə gənc liderlər üçün daha çox platformanın yaradılacağına ümid etdiyini bildirib. O əlavə edib ki, gənc liderlər belə platformalarda birgə layihələr çərçivəsində fikirlərini söyləyə bilərlər:

“Bu, Azərbaycanın regional və beynəlxalq mövqelərini daha da gücləndirəcək”.

K.Nəvabın sözlərinə görə, Şuşada keçirilən beynəlxalq konfransın ikinci sessiyası onda daha çox dərin təəssürat yaradıb:

“Həmin sessiya zamanı iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevə suallar verə biliblər”.

“Prezident İlham Əliyevlə belə bir görüş ölkələrimiz arasında güclü əlaqələri və regional sülhün, rifahın təşviqinə dair ümumi öhdəliyimizi vurğulayır”, - deyə ekspert vurğulayıb.

0.37924599647522