ABŞ Dövlət katibi Azərbaycan və Ermənistən xarici işlər nazirləri ilə görüşüb - FOTO

ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların növbəti raundu başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-nin dövlət katibi Entoni Blinken nazirlərlə görüşüb və yekun iclasa ev sahibliyi edib.

0.38501501083374