Ucarda qardaş-qardaşı bıçaqlayıb

Ucarda qardaş-qardaşı bıçaqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Türkəci kəndində baş verib.

Kənd sakini, 1980-cı il təvəllüdlü Ramazan Əvəz oğlu Xəlilov, aralarında yaranmış münaqişə zəminində qardaşı, 1967-ci il təvəllüdlü Səhman Xəlilova bıçaqla xəsarət yetirib.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qardaşlar arasında mübahisəyə iri buynuzlu heyvanlar səbəb olub.

Belə ki, Səhmanın heyvanı Ramazanın həyətinin qarşısına gəlib. Bu səbəbdən qardaşlar arasında mübahisə yaranıb.

Sonda mübahisə qanla nəticələnib.

Faktla bağlı araşdırma aparılır.

0.39362812042236