Vahid Ələkbərov “Yandex”i almaq istəyir

“Yandex”in direktorlar şurası gələn həftə internet şirkətinin səhmlərinin azı 51%-ni almaq məqsədilə ərizəçilərin müraciətlərini müzakirə etmək üçün toplaşa bilər.

Belə bir paketin dəyəri 7-7,5 milyard dollar qiymətləndirilir.

Eyni zamanda, qərar qəbul edilsə belə, namizədlər Rusiya hakimiyyət orqanları tərəfindən təsdiqlənəcəklərinə görə, bu, yekun olmaya bilər.

Təşəbbüsçülər “Lukoil”un təsisçisi Vahid Ələkbərov, “Nornikel”in rəhbəri Vladimir Potanindir.

Keçən il noyabrın sonunda “Yandex” Rusiya biznesinin “idarəetmə şöbəsinə” verilməsinin planlaşdırıldığı korporativ strukturda mümkün dəyişiklikləri elan edib.

Restrukturizasiyanın nə vaxt baş tutacağı hələ məlum deyil.

Şirkət kapitalının 87,9%-ni (səslərin 46,5%-ni) sərbəst dövriyyə (“free float”) təşkil edir.

Mənbə: Bloomberg

0.46391201019287