“Selta” və “Jirona” xalları yarı böldü, “Real Sosyedad” qalib gəldi - VİDEO

İspaniya La Liqasında XXXVI tura start verilib.

Xeber-ps.com xəbər verir ki, turun ilk iki oyununda ümumilikdə 3 qol vurulub.

“Selta” öz meydanında qəbul etdiyi “Jirona”nın müqavimətini qıra bilməyib. Hərəyə bir qol vuran komandalar matçdan bir xalla ayrılıblar.

“Real Sosyedad” isə “Almeriya”nı əliboş yola salıb. Bunun üçün onlara bir qol kifayət edib.

Bu nəticələrdən sonra “Real Sosyedad” 68 xalla 4-cü, “Jirona” 49 xalla 8-ci, “Selta” 40 xalla 14-cü, “Almeriya” isə 39 xalla 15-ci pillədə qərarlaşıb.

0.37397193908691