Al Paçino və gənc sevgilisinin tezliklə övladları dünyaya gələcək: Aktyor dördüncü dəfə ata olacaq - FOTO

Məşhur Hollivud aktyoru Al Paçino dördüncü dəfə ata olacaq.

Al Paçino və gənc sevgilisi Nur Alfallahın tezliklə övladları dünyaya gələcək.

83 yaşlı sənətçi üçün bu, dördüncü varis olacaq. 29 yaşlı Alfallah hazırda hamiləliyin səkkizinci ayındadır.

Cütlük 2022-ci ilin aprelindən birlikdə yaşayır.

Aktyorun, həmçinin aktyorluq qabiliyyəti üzrə məşqçi olan keçmiş sevgilisi Cen Tarrantdan 33 yaşlı Culi Mari adlı qızı var. Al Paçinonun eyni zamanda 1997-2003-cü illərdə birlikdə olduğu Beverli Deancelo adlı sevgilisindən də 22 yaşlı Anton və Olivia adlı əkiz övladları var.

Nur Alfallah isə Al Paçinodan əvvəl 78 yaşlı Mik Caqqer və 91 yaşlı Klint İstvudla sevgili münasibəti yaşayıb.

Mənbə: “People”

0.31992793083191