Paytaxtda yük maşınının iştirakı ilə zəncirvari qəza tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda 4 nəqliyyat vasitəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan “Howo” markalı yük maşının sürücüsü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini eyni istiqamətdə hərəkətdə olan Məzahir Babaşova məxsus “Mercedes” markalı avtomobilə çırpıb. Ardıcılıqla “Mercedes” də qarşısında olan “Opel” və “Hyundai” markalı maşınlara çırpılıb.

Qəza zamanı daha çox zərərə uğrayan “Mercedes”in sürücüsü bildirib ki, yük maşını yüksək sürətlə hərəkət edib. Qəza nəticəsində prospektin “Koroğlu” metrostansiyası istiqamətinə olan hissəsində bir neçə saat sıxlıq yaranıb.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

0.43445682525635