İtkin düşən 14 yaşlı Cəlilabad sakini Bakıda tapıldı

Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb.

“Report”un məlumatına görə, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P. Quliyevin Bakı şəhərində olduğu məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, yeniyetmənin olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.

0.39590692520142