Siyasi statusdan hakimiyyəti şantaj edənlər

Anar Əsədli: siyasətçi, yoxsa...

 

Azərbaycanda partiyaların sayı ildrım sürətilə azalır. Siyasi fəaliyyətini dayandıran partiyaların siyahısına baxanda, cəmiyyətdə illər boyu “səsi” çıxmayan partiyalarla bərabər, tanınmış partiyalara da rast gəlmək olar. İndi söhbət fəaliyyəti dayandıran partiyalardan yox, hələdə özlərini cəmiyyətdə “aparıcı”, “ana”, “ata” müxalifət hesab edən bəzi partiyalardan gedəcək. Özü də bu partiya sədirlərini evində qeydiyyatda olanlardan başqa heç kim tanımır. Amma onlar da olan iddialar...

Yaxşıdır ki, sosial şəbəkələr var. Heç bir sosial bazaya malik olmıyanlar,  “xod gedirlər”. Otuz, qırx, hətta yuz min layk yığanlar olub. Pafoslu çıxışlar, ictimayyətə yalan vədlər verənlər, sonra keçdilər hakimiyyəti şantaj, təhqir və hətta hədə-qorxu gəlməyə ki, “hakimiyyəti boşaldın, biz gəlirik”, “mənə müdafiə naziri vəzifəsini ver. Mən altı aya Qarabağı azad etməsəm...”, “Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır”. İndi bu fikirləri deyənlər İlqar Məmmədov və Əli Əliyevin səsləri çıxmır. Bunlar, yəqin, başa düşdülər ki, bu sosial şəbəkələrdə on minlərlə layk verənlər, real həyatda sıfıra bərabərdir. Əgər belə deyildisə, onda çıxıb efirlərə “bizə üzv olun, yoxsa partiyamızı bağlıyacaqlar” deməzdilər. Bəzi partiya sədirləri hakimiyyəti və hətta xalqı şantaj edirlər. “üzv ol, yoxsa biz olmasaq sizin problemlərinizi heç kim müdafiə etmiyəcək” kimi sərsəm fikirlər deyirlər.   “Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır” deyən dələduz-partiya sədri Anar Əsədli idi. Anar Əsədli özünə yaxın olan dostlarına, tanışlarına pul “ataraq” özünü fövqal adam, xalqın yeganə lider kimi cəmiyyətə sırıyırdı. Jurnalistlər onun telefonuna zənq vuranda, başqa bir adam “mətbuat katibi” adı ilə cavab verirdi ki, “Anar bəyə sualları göndərin, o baxıb sonra cavab verəcək”. Həyat onu göstərdi ki, özünü dağdan böyük göstərənlərin axırı belə olur... Anar Əsədli həm partiya sədri olmaq istəyib, həm də iş adamı. O, bir əlində iki qarpız saxlamaq istəyib, indi də nə ondansan, nə bundan.

Baku News İnformasiy şöbəsi

0.10615110397339