Kante Ronaldu ilə eyni komandada oynaya bilər

Nqolo Kante Kriştianu Ronaldu ilə eyni komandada oynaya bilər.

İnsayder Fabrizio Romanonun sözlərinə görə, yarımmüdafiəçi “Çelsi”də qalmaq istəsə də, yeni müqavilə ilə bağlı danışıqlar hələ də son mərhələyə qədəm qoymayıb və mart ayından bəri bu sahədə heç bir irəliləyiş yoxdur.

Vəziyyətdən Səudiyyə Ərəbistanının iki klubu yararlanmaq qərarına gəlib.

Məlumata görə, “Əl-İttihad” və “Ən-Nəsr” artıq Londona nümayəndələrini göndərməyi planlaşdırır.

Mənbə: sports.ru

0.37471318244934