Fuad Əliyev: Rəsmi İrəvan Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesini ləngidir

“Rusiya və Azərbaycan gələcəyə inamla baxırlar, lakin Ermənistan Rusiya ilə ikiüzlü siyasətlə məşğuldur”

Bunu Azərbaycan prezidentliyinə keçmiş namizəd, Azərbaycan Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev Avrasiya İnformasiya Agentliyinə müsahibəsində deyib.

Fuad Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan az da olsa, lakin əminliklə sülhün bağlanması istiqamətində irəliləyir:

“Azərbaycan və Rusiya prezidentləri 09 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişə sadiq olduqlarını dəfələrlə bəyan ediblər. Amma Ermənistan haqqında bunu demək olmur. Ermənistan bir tərəfdən Rusiya ilə razılaşır, digər tərəfdən Fransa və ABŞ-ın təmsil olunduğu Qərbi sülh müqaviləsi  danışıqlara cəlb edir. Bununla da rəsmi İrəvan Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesini ləngidir”.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, regionda nəqliyyat kommunikasiyaları və əməkdaşlıq olmadan sülh müqaviləsi bağlamaq mümkün olmıyacaq:

“İlham Əliyev bütün görüşlərdə Paşinyana izah edir ki, sülh qaçılmazdır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əsası 09 noyabr 2020-ci il tarixli saziş, habelə Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış üçtərəfli sazişlər təşkil edir”.

Rusiya prezidenti Vladimir Putin də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ideyasını dəstəklədiyini bəyan edib:

“Eyni zamanda, Vladimir Putin Moskvanın İrəvana heç nə sırımaq fikrində olmadığını və həll yolunun seçildiyini qeyd edərək, bildirib ki, bu, erməni xalqının və rəhbərliyinin işidir”.

0.55761098861694