Reper “Basta” narkotik asılılığı barədə açıq etiraflar etdi - FOTO

“Basta” təxəllüsü ilə tanınan rusiyalı reper Vasili Vakulenko narkotik problemi ilə bağlı açıq etiraflar edib.

Musiqiçinin sözlərinə görə, uzun müddət aludəçiliyin öhdəsindən gələ bilməyib.

“Narkotiklər mənə çox şey göstərdi və məlum oldu ki, bir insanda xeyirxahlıq, dürüstlük, səmimilik və işıqla bərabər qaranlıq, kin və ölüm ola bilər. Başa düşdüm ki, mənə nəsə olub. Bunun üçün çox uzun müddət özümü məhv etdim, özümlə barışmaq üçün çox vaxt və əmək sərf etdim”, - deyə “Basta” hisslərini bölüşüb.

Reper həyatın ona sevinc bəxş etməyi dayandırması ilə üzləşdiyini deyib. Aprel ayında o, nəhayət, narkotikdən imtina edib və buna doğru uzun yol qət etdiyini açıqlayıb.

“Mənə aydın oldu ki, həyat yanımdan ötüb keçir. İlk dəfə özümü, hisslərimi dinlədim”, - deyə Vakulenko bildirib.

“Basta”nın dediyinə görə, qohumlarının onu olduğu kimi qəbul edəcəyinə ümid edib, lakin o, mühüm həyat anlarının onu “tərk etdiyini” anlamağa başlayıb.

Mənbə: StarHit

0.76194500923157