İvanovkada orduya dəstək yürüşü keçirilib - VİDEO

İsmayıllı rayonunun İvanovka kəndində Qarabağa dəstək yürüşü keçirilib.

Azərbaycan əsgərini əvvəlcə rus, sonra isə Azərbaycan dilində salamlayan yerli sakinlər ardınca “Qarabağ bizimdir, bizim olacaq!” şüarları ilə kəndin mərkəzinə doğru hərəkət ediblər.

Tədbir sakinlərin kənd meydanında dövlət himninin ifa etməsi ilə davam edib.

Sonda din xadimləri ordumuza və dövlətimizə uğur gətirməsi üçün dua ediblər.

 

0.4558470249176