Bakıda qarşılıqlı təhqir qətllə nəticələndi

Bakının Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları oktyabrın 8-də apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Müşfiqabad qəsəbəsi ərazisində törədilmiş qətldə şübhəli bilinən şəxsi saxlayıblar.

Bu barədə Xeber-ps.com-a hüquq-mühafizə orqanları məlumat verib.

Xatırladaq ki, həmin gün saat 02:00 radələrində 1981-ci il təvəllüdlü Qobustan rayon sakini Məqatil Zeynalovun qarın və qol nahiyəsindən bıçaq xəsarətləri olan cəsədi qəsəbənin küçəsində tapılıb. Bundan əlavə, M.Zeynalovun 1998-ci il təvəllüdlü həmyerlisi Murad Bəhramov ağır yaralı vəziyyətdə olub. O, Qaradağ rayon xəstəxanasına aparılıb.

Qətldə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçıb. Bu, yaxınlıqda quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, Bakıda saat 21:00-dan etibarən komendant saatı tətbiq olunur. Cinayət cəsədin tapılmasından yarım saat əvvəl törədilib.        

Məlum olub ki, saxlanılan şəxs əvvəllər hakimiyyət nümayəndələrinə müqavimət göstərdiyinə görə məhkum olunmuş 1983-cü il təvəllüdlü Bakı şəhər sakini, Tofiq Əlixanovdur. Cinayətin motivi müəyyənləşdirilib.

İlkin məlumatlara görə, kişilər arasındakı münaqişə münasibətləri müəyyənləşdirmə əsasında baş verib. Qarşılıqlı təhqirdən sonra T.Əlixanov komendant saatı olmasına baxmayaraq, M.Zeynalovu danışmaq üçün görüşə çağırıb.

Araşdırma davam edir.

Ramella İbrahimxəlilova

0.38191390037537