“Azərsu” ASC yüksək dəyərdə açıq tender elan edir

“Azərsu” ASC “Ceyranbatan gölünün şimal-şərq hissəsində yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması (I mərhələ)” məqsədilə açıq tender elan edir.

“Etender.gov.az”-ın məlumatına əsasən, açıq tenderdə cəlb olunacaq vəsaitin həcminin 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olacağı gözlənilir. 

Tenderdə iştirak haqqı 500 manat dəyərində müəyyənləşib. Maraqlı iştirakçılara öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə, yazılı surətdə təqdim etmək təklif olunur. 

Qeyd edilib ki, tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır və iddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədlər təqdim etməlidirlər.

Bildirilib ki, tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcək. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

0.47795295715332