Litvada parlament seçkilərinə səsvermə başlayır

Litvada bu gün Seymə (birpalatalı parlament) müntəzəm seçkilərin ilk turunda səsvermə başlayıb.

TASS xəbər verir ki, respublikada yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb.

Seçkilər 20:00-dək davam edəcək.

İkinci tur 25 oktyabrda heç bir qalibin təyin olunmayacağı birmandatlı dairələrdə baş tutacaq. Orada ən çox səs toplayan iki namizəd iştirak edəcək.

1 754 namizəd 141 deputat mandatı uğrunda mübarizə aparacaq. Mütəxəssislərin fikrincə, üç favorit arasında hakim “Litvanın Kəndlilər və “Yaşıllar” Birliyi” partiyası, ən böyük müxalifətçi “Vətən Birliyi - Litvanın Xristian Demokratları” və “Litva Sosial Demokrat Partiyası” yer alır.

0.34979009628296