ABŞ-da etirazlar zamanı atışma: Ölüm hadisəsi kameraya düşdü - VİDEO

ABŞ-ın Kolorado ştatının Denver şəhərində şənbə günü baş verən atışma nəticəsində bir nəfər ölüb.

TASS yerli polis şöbəsindən verilən məlumata istinadla xəbər yayıb.

Bildirilib ki, şübhəli şəxs saxlanılıb.

“Polis İncəsənət Muzeyinin yaxınlığındakı həyətdə baş verən atışmanı araşdırır. Bir qurban xəstəxanaya aparılıb, onun vəziyyəti hələ məlum deyil. Bir şübhəli nəzarətə alınıb”, - deyə məlumatda qeyd edilir.

Hüquq-mühafizə orqanları atəşin hansı şəraitdə açıldığını açıqlamır.

ABC telekanalının verdiyi məlumata görə, bu, muzeyin yaxınlığında iki fərqli etiraz aksiyası zamanı baş verib. Birinci tədbir yerli kommunistlər, ikincisi isə vətənpərvər amerikalılar tərəfindən təşkil edilib.

Şahidlər bir neçə nəfərin söyüş söydüyünü lentə alıblar: arxa fonda atəş səsi eşidilir və bir nəfər yıxılır. Sonra etirazçılardan biri digərinə gözyaşardıcı qaz püskürdüb. Bir nəfər isə tapança çıxarıb.

İki nəfər nəzarətə götürülüb. Onlardan biri xüsusi mühafizəçi işləyir.

0.45728898048401