Tacikistanda prezident seçkiləri baş tutmuş hesab edildi

Oktyabrın 11-də Tacikistanda keçirilən növbəti prezident seçkilərinin baş tutduğu elan edilib.

Bu barədə “Avesta” informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, seçkilərdə seçicilərin 71 faizi iştirak edib.

Seçkinin yekun nəticələri bu gün (12 oktyabr) elan ediləcək.

Qeyd edək ki, seçkilərdə hazırkı prezident Emoməli Rəhmonla yanaşı, daha dörd namizəd mübarizə aparıb.

0.35474491119385