Hacıqabulda maşın betona çırpıldı: Yaralılar var

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Qarasu kəndindən keçən hissəsində baş verib.

“Hyundai” markalı, 10-CR-711 dövlət qeydiyyat nişanlı avtomobilin beton dirəyə dəyərək aşması nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.40769290924072