Tailandda buddistləri ibadətgaha aparan avtobus qatarla toqquşdu: 20 ölü, 30-dan çox yaralı - VİDEO

Tailandın Çaçenqsao vilayətində avtobusun yük qatarı ilə toqquşması nəticəsində ən azı 20 nəfər ölüb, 30-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, qəza dünən, yerli vaxtla 8:05-də baş verib. Təxminən 50 nəfərin olduğu avtobus Samut Prakan əyalətindən Çaçenqsao vilayətindəki Buddist ibadətgahlarından birinə doğru irəliləyib. Qəfildən avtobus şlaqbaumsuz dəmir yoluna daxil olub.

Keçidə yaxınlaşan yük qatarı sürətini azalda bilməyib və avtobusla toqquşub.

Avtobusdakı 20 nəfər hadisə yerində ölüb, 30-dan çoxu yaralanıb. Onlar əyalət xəstəxanalarına aparılıb.

Çaçenqsao vilayətinin rəhbərliyi hadisəni araşdırır.

0.71841287612915