Hikmət Hacıyev: “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın “Stalinqradı”dır”

Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəiliyi” riyakarlıqdır.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalıb. 100-dən çox top mərmisi şəhəri və kəndləri vurub. Altı mülki şəxs yaralanıb. Bir mülki vətəndaş öldürülüb. Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın “Stalinqradı”dır”, - deyə o qeyd edib.

0.40170812606812