Kolumbiya prezidentindən 20 milyard dollarlıq sualtı əməliyyat tapşırığı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kolumbiya Prezidenti Qustavo Petro içərisində 20 milyard dollarlıq xəzinə olan ispan kalyonu “San Xose”nin mümkün qədər tez Karib dənizinin dibindən çıxarılması barədə göstəriş verib.

Gəmi 1708-ci ilin iyununda Britaniya gəmisi ilə döyüş zamanı batıb.

“San Xose”də qızıl, gümüş və zümrüdlərlə dolu sandıqlar var. Ekspertlərin fikrincə, xəzinələrin ümumi dəyəri 4-20 milyard dəyərindədir.

Kolumbiya lideri Qustavo Petronun bu qərarı onun səlahiyyət müddətinin 2026-cı ildə başa çatması ilə bağlıdır.

Eyni zamanda, ABŞ-nin “Glocca Morra” şirkəti tapıntıya iddia edir - onun nümayəndələri gəminin qalıqlarını ilk özlərinin tapdıqlarını iddia edirlər və məhkəmə vasitəsilə təxminən 10 milyard dollar (yəni mənfəətin yarısını) tələb edirlər.

Источник: octagon.media

0.28497719764709