Rəqs edən toyuqların görüntüləri sosial şəbəkələrdə virus kimi yayıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqs edən toyuqlar barədə video “TikTok”da virus sürəti ilə yayılıb. Görüntülər o qədər məşhurlaşıb ki, hətta bloqerlər onları parodiya edirlər.

Məlumata görə, videonun müəllifi İlgallinaio_special adlı istifadəçidir. O, gündəlik həyatını sənədləşdirmək üçün 2023-cü ilin fevralında lələkli yoldaşlarını çəkməyə başlayıb. Hazırda bu videolar 10 milyonlarla baxış toplayıb.

Kadrlarda toyuqlar italyan və ispan hitlərini rəqs edirlər. Ancaq onların təkcə oynamağı deyil, saç düzümləri də böyük maraq qazanır.

Mənbə: “Sliva/İrkutsk” “Telegram” kanalı

0.29374885559082