Muxtar Babayev Beynəlxalq Valyuta Fondunun icraçı direktoru ilə COP29-u müzakirə edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgieva ilə COP29-la bağlı müzakirələr aparıb.

Bu barədə K.Georgieva M.Babayevlə görüşünə dair “X” hesabında paylaşım edib.

Qeyd edək ki, Muxtar Babayev, həmçinin BƏƏ-nin Dubay şəhərində keçirilən “Dayanıqlı maliyyələşmənin təşviqi vasitəsilə iqlim fəaliyyəti” mövzusu ilə bağlı panel müzakirədə də iştirak edib.

0.35145401954651