Kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilən evlərin çıxarış problemi ilə bağlı TƏKLİF - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə fərdi yaşayış evi sənədizdir. Hətta bəzi qeyri-rəsmi rəqəmlərə görə, bu ərazilərdə çıxarışı olmayan evlərin sayı 500 minə yaxındır.

Xezerxeber.az-ın məlumatına görə, illərdir həmin fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri çıxarışla təmin edilmir.

Çıxarış verilməməsinin əsas səbəblərindən biri kimi isə həmin əmlakların kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilməsi göstərilir.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, fərdi evlərin yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın təyinatını tikintiyə dəyişdirmək çətin prosesdir. Buna görə də aidiyyəti dövlət qurumları bu məsələni özləri həll etməlidirlər. Çünkü, faktiki olaraq aidiyyəti qurumlar tərəfindən həmin ərazilər yaşayış məntəqələri kimi tanınır, bütün kommunikasiya xətləri çəkilib. 

Ekspert təklif edib ki, həmin qurumlar monitoriq apararaq, lazımi sənədləri toplayıb kütləvi şəkildə Nazirlər Kabinetinə təqdim etsinlər.

Onun sözlərinə görə, bu gün həmin yaşayış massivlərində faktiki kənd təsərrüfatı imkanları yoxa çıxıb. Maldarlıq, əkin-biçin işlərinin aparılması da mümkünsüzləşib.

Ətraflı süjetdə:
 
0.34791898727417