Gədəbəydə sərxoş kişi bıçaqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 

1972-ci il təvəllüdlü Həsən Yusibov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. Məlumata görə, H.Yusibov hadisə vaxtı sərxoş olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rövşən Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

0.67924904823303