Bəzi rayonlarda yollar buz bağlayıb, maşınlar yolda qalıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qar və şaxtalı hava səbəbindən Oğuz şəhərinin mərkəzi küçələri buz bağlayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, nəticədə avtomobillərin hərəkəti çətinləşib, bəzi nəqliyyat vasitələri yolda qalıb.

Sürücülərin sözlərinə görə, şəhərin küçələrinə duz və qum səpilməyib. Nəticədə belə problemlər yaranıb.

09:24

Qəbələdə yolların buz bağlaması avtomobillərin yolda qalmasına səbəb olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, gecə saatlarından yağan qar, eləcə də havanın şaxtalı olması yolların buz bağlamasına və yollarda böyük tıxaclar yaranmasına səbəb olub.

Hazırda Qəbələ-Şəki avtomobil yolunda və bu istiqamətdə kəndlərdən gələn avtomobillərin hərəkətində problemlər var.

0.45014405250549