Bakıda elektrik qatarında tüstülənmə olub - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 26-da saat 13:45 radələrində Bakı sərnişin stansiyada “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Nəticədə qatarın damında tüstülənmə müşahidə olunub. Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələrilə hadisənin qarşını operativ olaraq alınıb.

Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

14:24

Bakı Dəmiryolu Vağzalında elektrik qatarında tüstülənmə olub.

Xeber-ps.com xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Hadisəyə səbəb kimi texniki nasazlıq göstərilir.

Videonu təqdim edirik:

 

 

0.44386100769043