Fuad Əliyev: Bundan kimsə sığortalanmayıb

“Bu cür hallara qarşı cəzalar olmalıdır. Əvvəlcə, ailəsi tərəfindən onun telefondan istifadə hüququ əlindən alınmalıdır, sosial şəbəkəyə girişi qadağan olunmalıdır. Daha sonra islah işlərinə cəlb olunmalıdır ki, dərs olsun”.
Bu sözləri Tribunainfo.az-a Müstəqil Həmkarlar Birliyinin sədri, prezidentliyə keçmiş namizəd Fuad Əliyev məktəbli qızların məlum videosu ilə bağlı danışarkən deyib.
“Burada valideyn ən böyük günahkardır. Amma cəmiyyətdə qəzəb doğuran, ictimai etiraza səbəb olan bu cür hadisələr ört-basdır edilməklə problem həll olunmur. Çünki məktəblinin tərbiyəsiz hərəkətini hamı görüb – sinif yoldaşları da, ölkədə az qala bütün məktəblilər də.
Bu, bizə siqnal oldu ki, direktor-müəllim-şagird-valideyn arasında zəncirvari bağlar düzgün qurulmayıb və sabah başqa bir hadisə ilə üzləşə bilərik, deməli, kimsə sığortalanmayıb”.
Fuad Əliyev əlavə edib ki, məlum videodakı qızların birinin saçları rənglənib, o birinin dırnaqları adamın gözünü çıxaracaq qədərdir:

“Belə çıxır ki, biz ailəsini doğrayan əhmədlər, məktəbli qızın alnına təhqir yazan məktəblilər, küçədə ahıl qadına qarşı etik olmayan hərəkətlər edən afiyyəddinlər yetişdirmişik… Ona görə də cəmiyyətin sosial sifarişi və tələbidir – bir qız uşağını o şəkildə alçaldan, saçını qırxıb onu təhqir edən məktəbli hansısa tənbehlə canını qurtara bilməz, yaxşı cəza almalıdır ki, dərs almış olsun və başqaları da ondan örnək götürsünlər”.

0.34237194061279