Sahibkarlığın İnkişafı Fondu Qəbələdə turizmin inkişafı üçün güzəştli kredit ayırıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu növbəti güzəştli kredit verib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.

Bildirilib ki, turizm sektorunda güzəştli kreditdən yararlanan biznes nümayəndələrindən biri də sahibkar Azər Lütvəliyevdir.

“200 min manat güzəştli kredit götürən sahibkar Qəbələdə turizmin inkişafı layihəsini həyata keçirir”, - deyə nazir qeyd edib.

 

0.31886792182922