Anar Eyvazov: “Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır”

“Ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını həyata keçirən üç ədəd “Smerç” yaylım atəşli reaktiv sistem məhv edilib”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu daha doqquz kəndi işğaldan azad edib:

“Hazırda cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Qələbə bizimlədir!”

0.45131707191467